ATƏT-in Yerevandakı ofisi Bakının mövqeyi ilə əlaqədar bağlanır

Göstərilmiş səylərə baxmayaraq, ATƏT Daimi Şurası ATƏT-in Yerevan ofisinin – Cənubi Qafqazda yeganə ofisinin fəaliyyət müddətinin uzadılması ilə bağlı konsensus əldə edə bilməyib.
Ermənistan XİN bildirib ki, Bakının mövqeyi ilə əlaqədar ATƏT-in Yerevan ofisinin mandatı uzadılmayıb.
Öz növbəsində, Azərbaycan XİN Bakının ATƏT-dəki daimi nümayəndəsi Qalib İsrafilov adından bildirir ki, ATƏT-in Yerevan ofisinin fəaliyyəti coğrafi sərhədlərə uyğun deyil.
Xüsusən, bu, Qarabağ münaqişəsi zonasında minalardan təmizləmə məsələlərinə aiddir. Amma Ermənistan hərbi əməliyyatlar səhnəsi olmayıb.
Bakı minalardan təmizləmə layihəsinin “Ermənistan qurumlarının potensialını və bacarıqlarını gücləndirməsindən, bundan işğal olunmuş ərazilərdə Azərbaycana qarşı istifadə oluna biləcəyindən narahatdır”, deyə o bildirib.
Bakı ATƏT-in Yerevan ofisinin ikimənalı mandatına son qoyulmasını təklif edib və bir neçə mərhələdə məsləhətləşmələrdən sonra Azərbaycan tərəfi prinsipcə həll layihəsində sədrlik edən Avstriyanın təklif etdiyi izahatlrı dəstəkləmişdi.
Şərtlər qəbul edilsəydi, bu, ATƏT-in Yerevan ofisinin fəaliyyətinin müstəsna olaraq Ermənistan Respublikasının ərazisi ilə məhdudlaşdığını və heç cür Minsk Konfransı tərəfindən baxılan münaqişə və onun tənzimlənməsi prosesi ilə bağlı hər hansı məsələni ehtiva edə bilməyəcəyini təsdiq edərdi.
Amma Ermənistan nümayəndə heyəti kompromisli təklifləri dəstəkləməkdən imtina edib, deyə Bakı nümayəndəsi bildirib.