Avropa Birliyi NATO ilə müdafiə sahəsində iş birliyini gücləndirir

Avropa Birliyi ölkələrinin müdafiə nazirləri ortaq təhlükəsizlik strategiyasını müzakirə etmək üçün görüş keçirir.
Abzas.net xəbər verir ki, “Euronews”-də yer alan məlumata görə, görüşün məqsədi reaksiya göstərmə qabiliyyətini artırmaqdır. Avropa Birliyi Xarici İşlər Yüksək Nümayəndəsi Federica Mogherini birlik və bərabərlik içində hərəkət edilməsinin lazım olduğunu söyləyib:
“Güclü Avropa Birliyi müdafiəsi üçün birlikdə investisiya etmək əhəmiyyətlidir. Beləcə müdafiə mövzusunda şüurlu və təsirli bir əməkdaşlıq söz mövzusu ola bilər. Üzv ölkələr bu mövzuda ayrı fikrə düşməməlidir. Avropa Birliyində olan bütün elementlər istifadə edilməlidir”.
Qeyd edək ki, yığıncağın gündəmində həm də NATO ilə əməkdaşlıq yer alır. NATO-nun baş katibi Jens Stoltenberg bir çox sahədə irəliləmə təmin edildiyini bildirib:
“Avropa Birliyi ilə NATO arasında əməkdaşlığı konkret mənada gücləndirmək üçün bir çox sahədə addım-addım irəliləyirik. Avropa Birliyi ilə NATO arasında əməkdaşlıq bir həftə ərzində Brüsseldə keçiriləcək NATO zirvəsində də müzakirə ediləcək”.
NATO-nun baş katibi terrorla mübarizə çərçivəsində həm sivil, həm də hərbi tədbirlərin alınmasının vacibliyini vurğulayıb.
Avropa Birliyi ilə NATO gücünü birləşdirərək kiber təhlükəsizlik mövzusuna da fokuslanmağı planlaşdırır, ancaq araşdırma üçün daha çox qaynaq ayrılması lazım olduğu ifadə edilir.