Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Suriya hökumətinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı qərar mayın 29-da qəbul edilib.
“Şura 2017-ci ilin mayın 29-da Suriya rejiminə qarşı məhdudlaşdırıcı tədbirləri 2018-ci ilin iyunun 1-dək uzatmaq barədə qərar verib”, -deyə açıqlamada vurğulanıb.