Dünya ölkələrinin hərbi güc reytinqi: Azərbaycan 59-cu yerdədir

Azərbaycan hərbi gücünün reytinqinə görə 126 dövlət arasında 59-cu yerdədir.
Bu, “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının 2016-ci il üzrə hesabatında bildirilib.
İnformasiyaya əsasən, Türkiyə ilk onluqda yer alaraq 8-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci yerdədir.
Reytinq cədvəlində ilk 3 yeri ABŞ, Rusiya və Çin tutub.
Hesabat müəllifləri siyahını tərtib edərkən, nüvə silahını nəzərə almayıblar. Reytinq dövlətin adi silahlar, iqtisadi güc, sərhədinin ölçüsü, özünütəmin etmək (neft kimi təbii ehtiyatlar), su mənbələrinə yaxınlıq və s. amillər əsasında hazırlanıb.
Bundan başqa, dövlətin hərbi güc reytinqi hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayı və interqaiya göstərcisinə əsasən müəyyənləşdirilir.
Təşkilatın 2015-ci il üzrə hesabatında Azərbaycan 64-cü, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdə qərar tutmuşdu.