Azərbaycanda seçicilərin sayı açıqlanıb

Azərbaycanda seçicilərin dəqiqləşdirilmiş sayı məlum olub.
“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ölkə üzrə seçicilərin sayı 5 163 250 nəfərdir.
Onlardan 2 663 370 nəfəri (51.58 faiz) qadın, 2 499 880 nəfəri (48.42 faizi) kişidir.
Ötən illə müqayisədə 36 min 139 artım var.