Azərbaycanda spirtli içikilərin reklamı məhdudlaşdırılır

Mayın 2-də Milli Məclisin aqrar siyasət komitəsinin iclasında “Şərabçılıq haqqında” qanuna düzəlişlərlə bağlı qanun layihəsinə baxılıb.
Düzəlişlər şərab məmulatlarının reklamının məhdudlaşdırılmasını nəzərdə tutur.
Əsasən alkoqol dərəcəsi beş faizdən çox olan spirtli içkilərin reklamı televiziya, çap nəşrləri, internet saytlarının ilk səhifələrində yer almayacaq.
İstənilən alkoqol dərəcəsində olan spirtli içkilərin reklamı yeniyetmələr üçün nəzərdə tutulan nəşrlərdə qadağan ediləcək.
Şərabların dequstasiyası ilə bağlı reklam aksiyaları pərakəndə satış yerlərində və dequstasiya zallarında olacaq.
Alkoqol dərəcəsi beş faizdən çox olan şərabların reklamı onun zərərli olması barədə məlumatla birgə veriləcək.
Düzəlişlər layihəsinin müzakirəsi davam edir.