Azərbaycanın müdafiə naziri Rusiyaya gedib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyaya gedib. 
Bu barədə Abzas.net-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Toplantı mayın 26-da Moskva şəhərində keçiriləcək.
Əvvəlki məqalə“Nazirlik dedi ki, 5-6 ağacdan başqa qalanları təmizlə, işini gör” [Video]
Növbəti məqalədəQoşunların qarşıdurma xəttində monitorinq keçirilib