Bakıda “Tour d’Azerbaidjan-2017” veloturuna start verilib

Bakıda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib.
“Report”un məlumatına görə, bununla əlaqədar Dövlət Bayrağı Meydanında komandaların təqdimat mərasimi keçirilib.
Tədbirə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da qatılıb. 18 ölkədən 22 komandanın təqdimatından sonra yürüşün birinci mərhələsinə başlanılıb. İştirakçılar bu mərhələdə Bakı – Sumqayıt marşrutu üzrə 150 km məsafə qət edəcəklər. Finiş Sumqayıt şəhər icra hakimiyyətinin qarşısında olacaq.
Ümumilikdə 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan-2017”yə mayın 7-də yekun vurulacaq.