BMW 45 mindən çox avtomobilini geri çağırır

Almaniyanın avtomobil şirkəti BMW, ABŞ-da 45 mindən çox avtomobilini geri çağırdığını elan edib.

BMW-dən edilən açıqlamada, 2005-2008-ci illərdə istehsal edilmiş 7 seriyası və B7 Alpina modellərində görülən bir problem səbəbindən cəmi 45 min 484 avtomobilin geri çağırıldığı qeyd olunub.

Açıqlamada, sözügedən model avtomobillərin qapılarının hərəkət halında açıla biləcəyi məlumatına yer verilib.

Sərnişinlərin avtmobilin qapılarını bağladıqları halda qapıların avtomatik açıla bildiyi ifadə edilərkən, bu vəziyyətin qəzaya səbəb ola biləcəyi və sərnişinlərin yaralanma riskini artırdığı bildirilib.