Brüsseldə NATO-ya etiraz edilir

Belçikanın paytaxtı Brüsseldə bir qrup nümayişçi 25 mayda keçiriləcək NATO sammitinə etiraz edib.
Abzas.net xəbər verir ki, “Euronews”-da yer alan məlumata görə, Avropa Birliyi Komissiyası binasına girən nümayişçilər, burada kiçik çadırlar qurub, oturaraq aksiyalarına davam ediblər.
“AB silah tacirlərinə silah satmasın” yazılı plakatlar daşıyan etirazçılar dünyada silahlanmanın dayandırılmasını tələb edib.
Qeyd edək ki, NATO zirvəsinə paralel olaraq ABŞ prezidenti Donald Trump-ın ilk dəfə Brüsseldə Avropa Birliyi rəsmiləri ilə bir araya gəlməsi gözlənilir.