Çin 20 min nəfərlə öz Wikipedia-sını yaradır

Çin dövləti öz internet ensiklopediyasını yaratmaq üçün 20 min nəfəri işə götürür.
Abzas.net xəbər verir ki, Vice-da yer alan məlumata görə, layihənin baş redaktoru və Çin Kitab Distribyutorları Birliyi Başçısı Yang Muzhi, bu yeni ensiklopediyanı “Çinin mədəniyyət səddi” olaraq adlandırıb.
“Çin Ensiklopediyası” olaraq bilinən layihənin 2018-ci ildə həyata keçməsi gözlənilir. Bunun üçün 100 fərqli sahədə kömək etmək üzrə universitet və tədqiqat institutlarında alimlər işə götürülür.
Layihə çərçivəsində 300 mindən çox mövzu başlığının girilməsi və hər birinin də təxminən 1.000 söz uzunluğunda olması nəzərdə tutulur.
Qeyd edək ki, Çin dövləti istifadəçi köməkliyi ilə hazırlanan, internetin ən böyük ensiklopediyası Wikipedia-ya girişi ilk dəfə təxminən 13 il əvvəl qadağan etmişdi.
Çin dövlətinin bu layihəni məzmununu nəzarət edə biləcəyi bir xidmət yaradaraq internet ensiklopediyası sahəsindəki boşluğu doldurmaq məqsədiylə həyata keçirmək istədiyi ifadə edilir.
Ancaq Yang, məqsədin Wikipedia-nı təqlid etmək olmadığını, Çinin elm və texnologiya sahəsində gəldiyi ən son nöqtəni ortaya qoymaq, siyasi irsini dəstəkləmək, mədəni gücünü artırmaq və sosializmin təməl dəyərlərini gücləndirmək olaraq sıralayır.
Yang, “Dünyadakı ən böyük və ən keyfiyyətli yazar qrupunu yaratdıq. Məqsədimiz təqibçi olmaq deyil, təqib edilən olmaqdır”, – deyə bildirib.
Çin 720 milyondan çox aktiv istifadəçiylə dünyanın ən böyük internet əhalisinə sahib olmasına rəğmən, ən sərt məhdudiyyətlərin tətbiq olunduğu ölkələr arasında da yer alır.