İctimai çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib

Azərbaycanda ictimai çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib.
Bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Məcəllədə dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması tələb edir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
MƏNBƏReport
Əvvəlki məqaləABŞ: Suriya rejimi həbsxana yaxınlığında krematorium inşa edib
Növbəti məqalədəBahar Muradova: “Bu Rusiyanın daxili işidir, çox da dərinə getmək olmaz”