İngilis aktivistlər Avropa Birliyindən dəstək istəyib

İngilis qeyri-hökumət təşkilatları Brexit-dən sonra Avropa Birliyindən vətəndaşların hüquqlarını qorumasını tələb edib.
Abzas.net xəbər verir ki, “Euronews”-də yer alan məlumata görə, aktivist Anne-Laure Donskoy bəzi Avropalı vətəndaşların irqçiliyə məruz qaldığını ifadə edib:
“İş müraciət formalarının bəzilərində yalnız İngiltərə vətəndaşı axtarıldığını gördük. Bəzi insanlar ev kirayə götürə bilmir, bankda hesab açdırmaq və ya kredit almaq çətinləşib. Banklar insanların İngiltərədə yaşamağa davam edib-etməyəcəyini sorğulayır”.
Aktivistlər səlahiyyətlilərdən ən yaxın zamanda vətəndaşları rahatlaşdıracaq qərar almalarını istəyir.
Qeyd edək ki, Brexit müzakirələrinin ən az iki il davam etməsi gözlənilir. Vəkil Jan Doerfel vətəndaşların kifayət qədər məlumat sahibi olmalarının lazım olduğunu bildirib:
“Hökumət Avropa vətəndaşlarına mail siyahılarına yazıla biləcəklərini söyləyib. Bu qədər məlumat verildi. İnsanlar Avropa qaydalarına əsaslanaraq, daimi yaşayış icazəsi mövzusunda məlumat sahibi olmalıdırlar, bu vəziyyətdən necə təsirlənəcəklər. İngilis vətəndaşı mı olmalıdırlar? Bütün bu suallar cavabını tapmalıdır”.
Vəkil Julia Onslow-Cole isə İngiltərədə inşaat sektorunun böyük problemlər yaşaya biləcəyini qeyd edib:
“5 il ərzində böyük bir səlahiyyət əskikliyi yaşanacaq və 230 min insan bundan əziyyət çəkəcək. Bu da Luton əhalisi qədər bir şəhər anlamına gəlir. İmmiqrantlar ölkəni tərk etdiyi üçün Londonda və İngiltərənin dörd bir tərəfində meydana gələcək boşluqların doldurulması lazım olacaq”.
Alınacaq qərarlar Avropa Birliyi ölkələrində yaşayan ingilis vətəndaşları üçün də etibarlı olacaq.