İran ABŞ-ın 9 şirkətinə qarşı sanksiya tətbiq edib

İran ABŞ-ın hərəkətlərinə cavab olaraq bu ölkənin 9 şirkətlinə və fiziki şəxslərinə qarşı sanksiya tətbiq edib.
Məsələ ilə bağlı bəyanat yayan İran Xarici İşlər Nazirliyi həmin şirkətlərin və fiziki şəxslərin bu və ya digər dərəcədə beynəlxalq hüquq normalarının və insan hüquqlarının pozulması, terrorun dəstəklənməsi ilə əlaqəli olub.
Bu şirkətlərin və şəxslərin siyahısı yuxarı orqanlar tərəfindən təsdiq edildikdən sonra elan olunacaq
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi İranın ballistik raket hazırlanması üzrə proqramı ilə əlaqəli olan daha 3 nəfəri və 4 strukturun adını sanksiya siyahısına əlavə edib.