İran növbəti beş ildə neft hasilatını 20 faiz artıracaq

İran yaxın 5 il ərzində neft hasilatının həcmini 20 faiz artıraraq, sutkada 5 mln. barelə çatdırmaq niyyətindədir.
Bu barədə İranın neft naziri Bijan Zanqane bildirib.
Nazir qeyd edib ki, hasilatın həcminin artırılmasını yeni yataqların inkişafı və istismar edilən  obyektlərdə texnologiyaların təkmilləşdirilməsi ilə əlaqələndirib.
Aprelin sonunda Zanqane İranda neft hasilatının həcminin sutkada 3,8 mln. barel təşkil etdiyini bildirmişdi.
2016-cı ilin noyabrın 30-da OPEK dünya bazarında neftin qiymətini stabilləşdirmək məqsədi ilə neft hasilatının həcminin sutkada 1,2 mln. barel azaldılmasına dair razılıq əldə edib. Sövdələşməyə əsasən, İrana hasilat həcmini sanksiyalardan əvvəlki səviyyəyə çatdırmaq şansı verilib.