İslam Oyunlarına gələnlərə “Halal” markalı qidalar verilir

Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək.
Bakı 2017 Oyunlarının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  idmançıların İslam ölkələrindən olduğu nəzərə alınıb.
Məlumata görə, oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək.
“Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildir:
Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir.
“Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır”.
Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Bütün idmançıların pəhriz tələblərini də qarşılanacağı bildirilir.