Jurnalist Əziz Qaraşoğlunun şikayətinə baxılacaq

“Kanal 13” internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğlunun inzibati qaydada həbs olunmasından apellyasiya şikayəti verilib.
Şikayət artıq, Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb. Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin deyir ki, jurnalistin inzibati həbs qərarı tamamilə əsassız və qurama olub.
“Biz şikayətimizdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar dərhal ləğv edilməlidir”, vəkil bildirib.
Apellyasiya şikayəti hakim Əflatun Qasımovun sədrlik etdiyi heyətin icraatına verilib.
Şikayətə sabah, mayın 13-də saat 12:00-da baxılacaq.