Messinin iranlı oxşarı polis bölməsinə aparılıb

İranlı bir tələbə həftəsonu polis şöbəsinə aparılıb. Səbəb – Lionel Messi-ə həddən artıq bənzəməsidir.
Həmədan şəhərində adamların Rza Parasteş ilə şəkil çəkdirmək istədiyinə görə, polis onu göz altına alıb.
Hər şey bir neçə ay öncə Messi-nin bənzəri olan Parasteşin şəkil çəkdirməsi ilə başlayıb. Atası Parasteşi üzərində 10 nömrə yazılan Bercelona forması ilə şəkil çəkdirməyə məcbur edib.
O, AFP-ə deyib: “İndi insanlar məni İranlı Messi kimi görür və istəyirlər ki, onun etdiyi hər şeyi təkrarlayım. Getdiyim yerlərdə insanlar məni görən kimi təəccüblənirlər”.
“Məni görən insanların özlərini xoşbəxt hiss etməsi, mənə enerji verir.”
Parasteş, çoxlu müsahibələr verir və hətta, modellik təklifləri də alıb.
O, həmçinin rolunu yaxşı icra edə bilmək üçün bəzi futbol fəndləri də öyrənir.