Nicat Əmiraslanova 30 sutka həbs verilib

Hələlik, Daxili İşlər Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb
Qazax rayonunda yaşayan jurnalist Nicat Əmiraslanova bu gün, yanvarın 23-də 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Jurnalistin polisə müqavimətdə günahlandırıldığı güman edilir. Ancaq dostları düşünür ki, bu, əslində onun sosial şəbəkələrdə yazdığı statuslarla bağlıdır.
Nicat Əmirəslanov NİDA Vətəndaş Hərəkatının üzvüdür.
Hesabatda Azərbaycanla bağlı deyilir ki, prezident İlham Əliyev plüralizmin bütün formalarını sıradan çıxarmaqla qane olmayıb, 2014-cü ildən bəri tənqidçilərinə qarşı amansız müharibə aparıb.