Növbəti valyuta hərracı keçirilib

Mayın 11-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Abzas.net xəbər verir ki, AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7025 səviyyəsində formalaşıb.
Bu gün, mayın 11-də rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7026 manata bərabər olmuşdu.
Bundan əvvəl, mayın 4-də keçirilən hərracda isə dollar cüzi bahalaşmışdı. Ancaq bir-iki istisnalarla son iki ayda keçirilən hərraclarda, bir qayda olaraq, manat möhkəmlənib.
Bəzi ekspertlər isə düşünür ki, Azərbaycanda manatın möhkəmlənməsinin iqtisadi əsasları yoxdur. Məzənnə inzibati yolla formalaşır.