OPEC Vyana anlaşmasının 9 ay uzadılmasını təklif edir

OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılmasına dair anlaşmasının monitorinqi üzrə Nazirlər Komitəsi sazişin daha 9 ay uzadılmasını təklif edib. 
Bu barədə bugünkü Vyana görüşündə iştirak edən və adının açıqlanmasını istəməyən Monitorinq Komitəsinin üzvlərindən biri bildirib.
Monitorinq üzrə Nazirlər Komitəsi 5 ölkə – Əlcəzair, Küveyt, Venesuela, Rusiya və Omanın nümayəndələrindən ibarətdir. Son iki ölkə OPEC üzvü deyil.