Polis 3 aya 15 milyon manat cərimə yazıb

Dövlət Statistika Komitəsi yanvar-mart ayları ərzində Dövlət Yol Polisi tərəfindən vətəndaşlara yazılan cərimənin məbləğini açıqlayıb.
Açıqlanan məlumatlara görə, polis 3 aya vətəndaşlara 15,1 milyon cərimə yazıb.
Bildirilir ki, 2017-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.