Qadınlara qarşı cinayətə görə 739 nəfər mühakimə edilib

“Qadın hüquqlarının qorunması və onlara qarşı törədilmiş cinayətlərin üstünün açılması daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdəndir”.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Əkbər Əkbərov bunu Bakıda keçirilən “Gender problemləri və media” mövzusunda seminarda deyib.
Turan-ın məlumatına görə, Ə.Əkbərov 2016-cı ildə qadınlara qarşı törədilən cinayətlərə görə 739 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğunu söyləyib.
Onun sözlərinə görə, ölkədə münaqişəli ailələr qeydiyyata götürülür və aidiyyatı qurumlar da cəlb edilərək, qabaqlayıcı tədbirlər həyata keçirilir.
Nazirlik rəsmisi qeyd edib ki, ailə-məişət zorakılğı zəmində baş verən cinayət faktları üzrə xidməti yoxlamalar aparılır.