Qazaxda jurnalist Nicat Əmiraslanov polis tərəfindən saxlanılıb

Qazaxda yaşayan jurnalist, Nida Vətəndaş Hərəkatının üzvü Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə üzvü olduğu təşkilatın rəhbərliyi məlumat verib.
Abzas.net xəbər verir ki, hazırda Qazax rayon Polis Şöbəsində saxlanılan N.Əmiraslanovun mayın 23-də məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Vəkil Elçin Sadıqov bildirib ki, o, polisə müqavimət göstərməkdə təqsirləndirilir.
Qazax rayon Polis Şöbəsindən Meydan TV-yə N.Əmiraslanovun saxlanıldığını təsdiqləsələr də, səbəbini deməyiblər.
N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi “Facebook” sosial şəbəkədəki paylaşımlarını göstərirlər.
N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.