Qazaxıstan Beynəlxalq Banka yatırdığı 250 milyon dolları geri istəyir

Qazaxıstanın Vahid Pensiya Fondu yanında yaradılan İctimai Şura ölkənin Milli Bankına müraciət edib.
Modern.az-ın xəbərinə görə, İctimai Şura Azərbaycan Beynəlxalq Bankının səhmlərində yer alan pensiya aktivlərinin taleyi ilə maraqlanır.
İctimai Şuranın sədri Alevtina Donskix 2014-cü ildə Beynəlxalq Banka 250 milyon dollar investisiya yerləşdirildiyini və vəsaitlərin 51 milyon dollarının istiqrazlar şəkildə çıxarıldığını bildirib. Onun sözlərinə görə hazırda bankdakı qalan vəsaitin çıxarılması gündəmdədir.