Rayon maşınlarının Bakıya giriş qadağası başlayır

Bu gündən mayın 25-nə kimi bölgə dövlət nömrə nişanlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılır.
Bu barədə BakiPost.az-a Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, rayonlardan gələn bölgə dövlət nömrə nişanlı avtomobil sürücülərinin şimal və cənub tərəfdə yaradılmış şəraitdən istifadə etmələri üçün şərait yaradılacaq: “Sürücülər Bakının şimal və cənub girişlərində yaradılacaq xüsusi dayanacaqlarda saxlayaraq başqa nəqliyyat vasitəsindən istifadə edə biləcəklər”.
Vaqif Əsədov islam oyunları ərəfəsində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edib.