Reuters: “Trampın reytinqi ən aşağı səviyyəyə düşüb”

ABŞ prezidenti Donald Trump-ın reytinqi inauqurasiyadan bu yana ən aşağı səviyyəyə düşüb.
Abzas.net xəbər verir ki, “Reuters” agentliyinin “Ispos” mərkəzi ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, hazırda Trump-ın reytinqi 38 faizdir.
Sorğuya əsasən, onu amerikalıların yalnız 38 faizi dəstəkləyir. 56 faiz Trump-ın əleyhinə çıxıb. Sorğu iştirakçılarının 6 faizi isə onun barəsində düşüncələrinin “qarışıq” olduğunu bildirib.
Eyni zamanda respublikaçıların 23 faizi hazırki prezidenti dəstəkləmirlər. Bir həftə əvvəl isə bu rəqəm 16 faiz olub.
Ekspertlərin fikrinə görə, D.Trump yenə də populyar prezident olaraq qalır və vəziyyəti idarə edə bilir. Lakin 2018-ci ildə Konqresə seçkilərdən sonra hər şey dəyişə bilər.