Təhsil Nazirliyi etirazçı tələbələrlə görüş keçirəcək

“Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının keçirilməsi ilə bağlı elan keçən ilin iyun ayından verilib. Yəni, tələbələrin xəbəri olub”.
ADU-nun mətbuat xidmətindən “Report”a bildirilib ki, qəbul edilən qərara əsasən, bu tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunacaq.
Mətbuat xidmətindən o da qeyd olunub ki, bu gün Təhsil Nazirliyinin nümayəndələri ilə tələbələrin görüşü keçiriləcək.
Qeyd edək ki, bu gün ADU-nun tələbələri 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz olaraq aksiya keçiriblər.