Təkbaşına aksiya keçirən AXCP üzvü saxlanılıb

AXCP fəalı Huseynov Fizuli bu gün 28 may metrosuna yaxın ərazidə siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirib.
Abzas.net-in məlumatına görə, aksiya bir neçə dəqiqə çəkib. Şahidlər bildirirlər ki, əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. F.Huseynov polislər tərəfindən həbs olunub və naməlum istiqamətə aparılıb.
Hüquq müdafiəçisi Oktay Gülalıyevin bildirdiyinə görə, o, hazırda Nəsimi rayon Polis İdarəsindədir:
“Ona qarşı hansısa uydurma cinayət işi açılacağı deyilir. Halbu ki, Fizuli bəy cinayətə yol verəcək hansısa addım atmayıb. Əksinə günahsız insanları şərləyib həbs edənlərin cinayətkar əməllərinə dinc qaydada etiraz edib”.