Tələbələr istəyinə çatdı, ADU-da imtahanlar ləğv edildi

Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanı ilə bağlı Elmi Şuranın iclası başa çatıb.
“Report”un əməkdaşı xəbər verir ki, yekun qərara əsasən, dövlət imtahanı ilə bağlı qərar dəyişdirilib. Qərara əsasən, dövlət imtahanı əvəzinə tələbələrə iki variant təqdim ediləcək. Belə ki, onlara ya iki fəndən hərəsindən 50 sual olmaqla test imtahanı, ya da minimum 5 səhifəlik diplom işi yazmaq təklif olunacaq.
ADU-nun KİV üçün açıqlamasında bildirilib ki, bu gün universitetdə keçirilən Elmi Şuranın iclasında universitetin kadr hazırlığı üzrə ixtisasların xüsusiyyətləri və tələbələrin istəyi nəzərə alınaraq universitetdə bakalavriat səviyyəsində yekun attestasiyanın ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun atestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəmüvafiq hesab
Mayın 30-da Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçiriblər. Tələbələr dövlət imtahanının keçirilməsinə etiraz ediblər.