Tiflisdə yaşayan jurnalist Əfqan Muxtarlıdan xəbər yoxdur

Əfqan Muxtarlı
Tiflisdə yaşayan jurnalist Əfqan Muxtarlıdan mayın 29-u axşam saatlarından etibarən xəbər yoxdur.
Abzas.net xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb. Onun sözlərinə görə, Əfqan Muxtarlı dünən axşam 19 radələrində dostu Daşğın Ağalarlıdan evə getmək adı ilə ayrılıb, amma sonra ondan xəbər ala bilməyiblər.
L.Mustafayevanın bildirdiyinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, beynəlxalq təşkilatlara məlumat verilib. O deyir ki, Əfqan Muxtarlı bir neçə aydır Gürcüstanın paytaxtında mülkigeyimli şəxslər tərəfindən izlənilirdi.
Əfqan Muxtarlı uzun illər Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olub. 2 ilə yaxındır ailəsi ilə Tiflisdə yaşayır. Son dövrlər Azərbaycan və Gürcüstan hakimiyyətlərinin Tiflisdə olan azərbaycanlı fəallara qarşı hərəkətlərindən danışır.
Həmçinin, Əfqan Muxtarlı “Əliyevlərin Gürcüstandakı biznesi” başlıqlı silsilə araşdırma yazılarının müəlliflərindən biridir. Araşdırmada Azərbaycan prezidenti ailəsinin həmin ölkədəki biznes şəbəkəsindən bəhs edilir.
Əvvəlki məqaləTrump Jared Kushner’ə tam etibar etdiyini deyib
Növbəti məqalədəHava qeyri-sabit keçəcək, güclü külək olacaq