Trump Jared Kushner’ə tam etibar etdiyini deyib

ABŞ prezidenti Donald Traump Ağ Evin baş müşaviri olan kürəkəni Jared Kushner’i müdafiə edib. ABŞ mediası Kushner’in Trump’ın yanvar ayında hakimiyyətə gəlməsinə bir neçə həftə qalmış Rusiya rəsmiləri ilə ayrıca kommunikasiya əlaqəsi yaradılmasını təklif etdiyi haqda xəbər verib.
“Cared ölkə üçün çox gözəl iş görür. Mən ona tam etibar edirəm. Ona demək olar hamı tərəfindən hörmət göstərilir və o, ölkəmizin milyardlarla dollara qənaət edəcəyi proqramlar üzərində işləyir. Amma əsas odur ki, o, çox gözəl insandır”, Tramp New York Times qəzetinə bildirib.
36 yaşlı Jared Kushner Trump’ın hakimiyyətə gəlişindən sonra Ağ Evdə müşavir postundan əvvəl Nyu Yorkda daşınmaz əmlak biznesində icraedici mövqe tuturdu.
Jared Donald Trump’ın böyük qızı İvanka ilə evlidir. İvanka Trump da Ağ Evdə qeyri-rəsmi müşavir kimi fəaliyyət göstərir.
​ABŞ-ın bəzi media qurumlarının verdiyi məlumata görə, Jared Kushner dekabr ayında Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüş zamanı Moskvadakı rəsmilərlə gizli kommunikasiya kanalının yaradılmasına çalışıb.
Xarici siyasət məsələləri üzrə bəzi ekspertlər keçmiş prezident Barack Obama’nın hələ hakimiyyətdə olduğu müddətdə belə bir addımla bağlı narahatlıqlarını bildiriblər. Onların fikrincə, bu, ABŞ-ın təhlükəsizliyini hədə altına ala bilərdi.
Müxalif demokratlar isə Kushner’in gizli məlumatlara çıxışının qarşısının alınmalı olduğunu deyiblər.
ABŞ Dövlət katibi Reks Tillerson (lsolda), Ağ Evin baş müşaviri Cared Kuşner (ortada), və Milli Təhlükəsizlik məsələləri üzrə müşavir H.R. MakMaster
ABŞ Dövlət katibi Reks Tillerson (lsolda), Ağ Evin baş müşaviri Cared Kuşner (ortada), və Milli Təhlükəsizlik məsələləri üzrə müşavir H.R. MakMaster
Kushnerin vəkilləri onun Trump’ın kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrinə dair Konqresin apardığı təhqiqatla əməkdaşlıq etmək istədiyini bildirib.
Senatın Xarici Əlaqələr komitəsinin sədri Bob Korker deyib: “O məndə çox açıq bir insan kimi təəssürat yaradıb. Mən ona vaxt gələndə özünün hər şeyi izah etməsinə imkan verərdim.”
Trampın administrasiyasının iki rəsmisi, Milli Təhlükəsizlik məsələləri üzrə müşavir H.R.Makmaster və Daxili Təhlükəsizlik naziri John Kelli Kushner’in Moskva ilə əlaqələr yaratmaq cəhdində heç bir yanlışlıq olmadığını bildirib.