Trump İblisə sitayiş etmir

“The İndependent” yazır ki, Səudiyyə Ərəbistanına ilk səfəri zamanı ABŞ prezidenti Trump-ın, kral Salman Əbdüləziz əs-Səud və Misir prezidenti Abdel Fəttah əs-Sisi ilə birlikdə çəkilmiş bir fotosu sosial mediada böyük hay-küyə səbəb olub.
Bu şəkildə adları çəkilən üç lider qaranlıq otaqda əllərini ortadakı işıq kürəsinin üstünə qoymuşdular. Əslində onlar Riyadda açılmış Ekstermizmlə Qlobal Mübarizə Mərkəzində idilər və divardakı kompüter monitorlarına reaksiya verirdilər.
Lakin yumor hissi olan bir çox Tvitter istifadəçiləri bu fotonu İblisə sitayiş edənlərin ayininə bənzədiblər.
Amma bu bənzətməyə İblis kilsəsi dərhal acıqlı reaksiya verib. Onların rəsmi internet saytında bildirilir ki, ABŞ prezidenti İblis kilsəsinin üzvü deyil.