Türkiyə, Rusiya və İran Suriya barədə razılığa gəlib

Türkiyə, Rusiya və İran Suriyada “atəşkəs bölgələri”nin qurulması barədə protokol imzalayıb.
Qazaxıstanın paytaxtı Astanada görüşən ölkələrin nümayəndə heyətlərinin protokolu imzalaması bəzi müxalif qrupların nümayəndələrinin narazılığına səbəb olub.
Bəzi müxalifət nümayəndələri qışqıra-qışqıra görüşlərin keçirildiyi zalı tərk edib.
Atəşkəs zonaları harada olacaq?
Türkiyə Xarici İşlər Nazirliyindən edilən açıqlamada müqavilənin məmnuniyyətlə qarşılandığı bildirilib:
“Toplantıda atəşkəsin təminatçısı olan ölkələr – Türkiyə, Rusiya Federasiyası və İran arasında Suriyanın İdlib vilayətinin hamısı, Lazkiye, Hələb və Həma vilayətlərinin müəyyən hissələri, Homs vilayətinin müəyyən hissələri, Şam/şərqi Guta bölgəsi və Deraa və Kuneytra vilayətlərinin müəyyən hissələrini əhatə edən atəşkəs bölgələrinin yaradılması haqqında Niyyət Protokolu imzalanmışdır.”
Bəyanatda o da deyilir ki, döyüşən tərəflər arasında yuxarıda sadalanan bölgələrdə hava ünsürləri də daxil olmaqla, hər cür silahdan istifadənin dayandırılması və bölgələrə təcili və fasiləsiz humanitar yardım axınının təmin edəcək bu Niyyət Protokolunu məmnuniyyətlə qarşılayırıq.
Protokolun imzalanmasından əvvəl prezident Recep Tayyip Erdoğan deyib ki, atəşkəs bölgələrinin yaradılması problemin 50 faizini həll edir.