Valideyn: ”Qiyasdan 10 igidin ömrünü çalıblar” [video]

Şura Əmiraslanova oğlunu həbsinin ildönümü münasibəti ilə “təbrik edir”. Oğlu Qiyas İbrahimov keçən ilin bu günü Bayram Məmmədovla birgə Heydər Əliyevin heykəlinə ” Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunub.
Qiyas İbrahimov həbsxanada günlərini kitab oxumaqla keçirir. Anası deyir ki, həbsdən çıxacağına ümidi yoxdur. Qiyas onunla telefon danışıqlarında “hələ 10 il burdayam” deyir.
Şura xanım Qiyasla Bayramın həbsinə görə Almaniyada keçirilən aksiyaya baxır. Azərbaycan səfirliyi önündə Qiyasgilə azadlıq istənilir.
Bu gün Qiyas İbrahimovla Bayram Məmmədova Türkiyədə də azadlıq tələb edilib
Ötən il Qiyas İbrahimovla Bayram Məmmədov mayın 10-da eks prezident Heydər Əliyevin doğum gününə görə keçirilən “Gül Bayramı”na etiraz olaraq heykəlin üzərinə şüarlaryazıb.
Bundan sonra həbs olunan gənclərə Bakı Ağır Cinayətlər Məhkəməsi 10 ilhəbs cəzası verib. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Amnesty International Qiyas İbrahimovu və Bayram Məmmədovu “vicdan məhbus”u elan edib. Keçən ildən bu yana Heydər Əliyevin doğum gününə görə keçirilən “Gül Bayramı”nın da formatı dəyişdirilib. Daha xaricdən milyonlarla manat dəyərində gül alınmır, sadəcə iməclik keçirilir.