Xaricdən Azərbaycana pul köçürmələri 21,6% azalıb

2017-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi  140,5 mln. Dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,6% azdır.
Abzas.net xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Tərəfdaş ölkələrdə iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib. İlkin qiymətləndirmələrə görə, 2017-ci ilin yanvar-mart aylarında onların həcmi 2016-cı ilin müvafiq dövründə qeydə alınmış 179,2 mln.-dollara qarşı  140,5 mln. dollar təşkil edib”, – deyə məlumatda bildirilir.
2016-cı ildə Azərbaycana pul köçürmələrinin həcmi  64,1 mln. dollar, 2015-ci ildə  1 mlrd. 183 mln. Dollar təşkil edib.