Yəməndə vəba epidemiyası nəticəsində 115 nəfər ölüb

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 115 nəfərin həyatına son qoyub.
Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlayıb.
BQXK təmsilçisi Dominik Stillxart deyib ki, Yəmənin 14 vilayətində 8,5 mindən çox insan vəbaya yoluxub. Son həftə ərzində yoluxanların sayı 3 dəfəyə qədər artıb. Yəməndə xəstəxanalar tam dolub və xəstə axınını qarşılayacaq potensialda deyil.
Yəmən hakimiyyəti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə  Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.