Yerevanda oturaq etiraz aksiyası keçirilir

Yerevanda-hökumət evinin qarşısında oturaq etiraz aksiyası keçirilir.
Bu barədə mayın 25-də AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.
Mənbənin yazdığına görə, fırıldaqçılıq ittihamı ilə 6 il yarım həbsə məhkum edilmiş Volodya Avetisyan mayın 25-də amnistiya ilə azadlığa çıxan kimi, hökumət evinin qarşısında yenidən oturaq etiraz aksiyasına başlayıb.
O, jurnalistlərə bildirib ki, Ermənistanın qanunlar ölkəsi olmasını tələb edir.
Ehtiyatda olan polkovnik Avetisyan, 2013-cü ilin mayında veteranların sosial vəziyyətinin yaxşılaşdırılması tələbilə aksiyalar keçirirdi.
Həmin ilin sentyabrında fırıldaqçılıq ittihamı ilə həbs olunmuş, 2014-cü ilin iyulunda isə azadlıqdan məhrum edilmişdi.