32-35 dərəcə isti gözlənilir

İyunun 26-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 20-22, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı bildirilir. Gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təxmin edilir.