ABŞ-da xəstəxanada atışma baş verib, yaralılar var

ABŞ-ın Las Vegas şəhərindəki xəstəxanaların birində baş verən atışma nəticəsində 2 nəfər yaralanıb.  
“Las Vegas Review-Journal” saytının məlumatına görə, atəş açan şəxs özünə qəsd edib.
Polisin məlumatına əsasən xəstəxanada qeydiyyatdan keçən şəxs onun növbədənkənar qəbul edilməsini istəyib, rədd cavabı alanda isə atəş açıb. Atışmanın baş verdiyi otaqda 10-dək insanın olduğu bildirilib. Silahlı şəxs 2 xəstəxana əməkdaşını yaralayıb. Müalicə olunan əməkdaşların həyatı təhlükə altında deyil. Daha iki nəfər yaranmış izdiham nəticəsində xəsarət alıb.