ABŞ-ın hərbi gəmisi yük gəmisi ilə toqquşub, itkin düşənlər var

Yaponiya sahilinə yaxınlıqda bir ticarət gəmisi ilə ABŞ donanmasının gəmisi toqquşandan sonra 7 dənizçi zabit itkin düşüb.
Qəza vaxtı USS Fitzgerald adlı hərbi gəminin komandiri xəsarət alıb və vertolyotla xəstəxayana aparılıb.
USS Fitzgerald ticarət gəmisi ilə Yaponiyanın Yokosuka şəhərinin 104 kilometr cənub-qərbində yerli vaxtla şənbə günü saat 02:30-da toqquşub.
Havadan çəkilən görüntülərdə gəminin sağ hissəsinin ağır şəkildə ziyan aldığı görünür.
Nə baş verib?
Toqquşma, USS Fitzgerald daxil olmaqla ABŞ-ın 80 gəmi və sualtı gəmidən ibarət olan 7-ci donanmasının məskunlaşdığı Yokosuka şəhərinə yaxınlıqda baş verib.
Qəza vaxtı 154 metr uzunluğunda olan raket daşıyıcı gəminin haraya getdiyi məlum deyil.
Filippin bayrağını daşıyan 222 metrlik ACX Crystal ticarət gəmisi Yaponiyanın Nagoya və Tokyo şəhərlərinə gedirdi.
Su hərəkət qeydləri ACX Crystal gəmisinin toqquşmadan 25 dəqiqə əvvəl birdən birə geri döndüyünü göstərir. Gəminin istiqamətini dəyişməsinin səbəbi hələ ki, məlum deyil.
Qeydlər toqquşma vaxtı ACX Crstal-ın saat 27 kilometr sürətilə üzdüyünü göstərir.
Route of ACX Crystal ship before collision with USS Fitzgerald - 16 June 2017
Qəzadan əvvəl ACX Crystal gəmisi qəflətən geri dönüb və toqquşmadan dərhal sonra istiqamətini Tokyo şəhərinə dəyişib.
USS Fitzgeral gəmisinin hərəkət qeydləri ictimaiyyətə açq deyil.
Ziyan və xəsarətlər nə dərəcədədir?
Yapniyanın sahil təhlükəsizlik xidməti itkin düşən 7 ABŞ dənizçi zabitinin axtarış əməliyyatını idarə edir.
Donanma rəsmiləri gəminin komandiri Komodor Bryce Benson-un Yokosukada ABŞ Donanma Xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətinin stabilləşdiyini bildiriblər.
İki başqa gəmiçi də aldıqları yaralara görə vetrolyotla xəstəxanaya aparılıblar, 7-ci donanma T.
Donanma həmçinin gəminin batmasına təhlükə olmadığını və Yokosukaya yola düşdüyünü deyib.
A handout photo made available by the 3rd Regional Coast Guard Headquarters shows the damaged container ship ACX Crystal after its collision with the US Navy destroyer USS Fitzgerald
ACX Crystal gəmisinə dəyən ziyan bir qədər az olub.
Yaponiya sahil təhlükəsizlik xidməti təxminən 30 min ton ağırlığında olan ACX Crystal gəmisinin USS Fitzgerald-dan 3 dəfə ağır olduğunu deyib.
Sol tərəfindən əzilən Filippin gəmisinə dəyən ziyan daha azdır və Tokyo şəhərinə çatdıqdan sonra onun 20 nəfərlik filippinli ekipajından heç kəsə xəsarət dəymədiyi məlum olub, AP agentliyi bildirib.
A handout photo made available by Japan
Yaponiya müdafiə nazirliyi ABŞ gəmisindən bir gəmiçinin xəsətəxanaya köçürülərkən çəkilən şəkili paylaşıb.
MƏNBƏBBC
Əvvəlki məqaləTürkiyə prezidenti: “Avropa İttifaqının qapısında 54 ildir gözləyirik”
Növbəti məqalədəBakı metrosunda faciəli hadisə: 83 yaşlı kişi özünü qatarın altına atıb