ABŞ səfiri ənənəvi iftar yeməyi verib

ABŞ səfiri Robert Sekuta iyunun 16-da iftar yeməyi verib. Din xadimlərinin, ictimaiyyət nümayəndələri və rəsmi şəxslərin dəvət olunduğu yemək inanclı müsəlmanların gün ərzində günəş batana qədər oruc tutduqları 30 günlük Ramazan ayının bitməsinə 9 gün qalmış verilib.
Ramazan ayı mərhəmət və həmrəylik ayıdır, bu sözləri səfir Robert Sekuta qonaqlarına müraciətində deyib. O, ABŞ-ın başlanğıcını ilk dəfə Tunis elçisinin şərəfinə iftar vermiş prezident Ceffersondan götürən islam ənənələrinə hörmət etdiyini qeyd edib.
Səfir qeyd edib ki, ABŞ-ın müsəlman icması bir milyon nəfərdən çoxdur, onlar öz ənənələrinə sadiqdirlər və onların ənənələrinə cəmiyyətdə hörmət var.
Azərbaycanın ahəngdar şəkildə müsəlman ənənələrini yaşatmaq və başqa dinlərə hörmət etmək təcrübəsi var və bu çoxmədəniyyətlilik təcrübəsi müxtəlif dini qrupların ahəngdar şəkildə bir arada mövcud olmasının parlaq nümunəsidir, bununla qürur duymaq olar, deyə Sekuta bildirib.
Səfirin sözlərinə görə, tolerantlıq öz-özünə gəlmir – bu, zəhmətli prosesdir, biz onu birlikdə inkişaf etdirməli və təbliğ etməliyik.
Dünyada fikir ayrılıqlarının olduğunu qeyd edən Robert Sekuta qeyd edib ki, Ramazan hamının dəyərlər – sülh, bağışlama və qarşılıqlı anlaşma əsasında birləşməsi üçün şərait yaradır.
Dünən Vaşinqtonda ABŞ-ın müsəlman hüquq müdafiə təşkilatları bütün konfessiyalara qarşı tolerantlıq və hörmət nümayiş etdirən konqresmenlər üçün iftar təşkil edib.
Bu il Dövlət Departamenti Amerikanın səfirlərinə ənənəvi olaraq Ramazanla bağlı bir sıra tədbirlər keçirməyi tövsiyə edib, baxmayaraq ki, Amerikanın xarici siyasət idarəsi 17 il ərzində ilk dəfə öz divarları arasında iftar verməyi planlaşdırmır. ABŞ dövlət katibi Reks Tillerson tədbirin keçirilməsi haqqında xahişə rədd cavabı verib.
Amma Dövlət Departamentinin din və qlobal məsələlər üzrə ofisi hələ də ənənənin davam etdiriləcəyinə ümid edir. Reuters-in sualına cavab verən Dövlət Departamentinin nümayəndəsi deyib: “Biz hələ də Ramazanın başa çatmasını göstərən İd əl-Fitrin qeyd edilməsinin mümkün variantlarını araşdırırıq”.
ABŞ Prezident Administrasiyasında Ramazana hazırki münasibəti islama hörmətin ifadəsinə yeni yanaşma ilə bağlayırlar. Dəlil kimi Trampın köməkçiləri onun bir vaxtlar islamın yarandığı Səudiyyə Ərəbistanına səfərini göstərirlər.
Prezident Tramp Ər-Riyadda müsəlman dünyasının liderlərinə müraciətində onları terrorizmə qarşı mübarizədə birliyə çağırıb, bu mübarizəni “xeyir və şərin mübarizəsi” adlandırıb.
“Bu, müxtəlif etiqadlar, müxtəlif konfessiyalar və ya müxtəlif sivilizasiyalar arasında mübarizə deyil. Bu, barbarlar – insan həyatını məhv etmək istəyən cinayətkarlarla onu qorumağa çalışan bütün dinlərdən olan yaxşı insanlar arasında mübarizədir.
Amerika prezdentəri arasında ilk iftarı ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson 1805-ci il dekabrın 9-da Ramazan vaxtı Tunis səfiri Sidi Soliman Mellimellini qəbul edərkən verib. Mellimellinin dininə hörmət əlaməti olaraq Cefferson nahar yeməyini ənən əvi 15:30-dan “dəqiq gün batan vaxta” keçirib.
Dövlət Departamenti Ramazan ayında iftarların verilməsi ənənəsini 1999-cu ildən tətbiq edib. Klinton administrasiyası iftarı Ağ Evin hər il həyata keçirilən ənəsinə çevirdi. Azərbaycanda ABŞ-dan ilk iftarı səfir Stanli Eskudero verib.
Amerikanın siyasi elitasının Ramazana münasibətini prezident Barak Obama aydın şəkildə ifadə edib. O qeyd edib ki, “Ağ Evin hər il verdiyi iftar bütün dünyada 1,5 milyarddan çox müsəlman üçün Ramazanın müqəddəsliyini qəbul etdiyini göstərir”.
“Bizim iftarımız həm də bizi – amerikalıları birləşdirən azadlıqların, o cümlədən din azadlığının – imanımızı azad şəkildə tətbiq etmək hüququnun xatırladılmasıdır”, deyə Obama 2015-ci ildə bildirib.
Müsəlman təqviminin doqquzuncu ayı olan Ramazan (ərəbcə Ramadan) mayın 26-da başlayıb və iyunun 24-də axşam iftarla başa çatacaq. Azərbaycanda Ramazanın başa çatması münasibətilə bayram iyunun 24-25-də qeyd olunur.
Ramazan müsəlmanlar üçün ən əhəmiyyətli, hörmətli və müqəddəs aydır. Quranın nazil edildiyi oruc və ibadət ayı, şeytanın zəncirə vurulduğu, günahların bağışlandığı aydır.
Oruc imanın artırılmasına, mənəvi cəhətdən nəfsə və ehtiraslara qarşı güclənməyə, əlində olan nemətlərin dəyərini anlamağa, ehtiyacı olanlara və ətrafdakılara münasibəti yaxşılaşdırmağa şərait yaradır.