AÇG-nin dərin hissələrində qaz hasilatına 2026-cı ildə başlanılacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin hissələrində ilk qaz hasilatına 2026-cı ildə başlanması gözlənilir.
Bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxışında Azərbaycanın energetika naziri Natiq Əliyev qeyd edib.
Onun sözlərinə görə, AÇG-nin dərin hissələrində qaz ehtiyatlarının həcmi 280 mlrd. kubmetr miqdarında qiymətləndirilir.
Nazir bu ehtiyatla buradan ildə 3-5 mlrd. kubmetr qaz hasilatının gözlənildiyini bildirib.