Almaniya Ərdoğanın mühafizəçilərini ölkəyə buraxmayacaq

Almaniya Federativ Respublikasının hökuməti Türkiyə hakimiyyətini prezident Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin bu ölkəyə girişinə qadağa qoyması barədə xəbərdarlıq edib.
Bu barədə “Die Welt” nəşri hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Nəşr vurğulayıb ki, Hamburqda Ərdoğanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma ola bilər. Bildirilir ki, Almaniyada PKK tərəfdarları çoxdur. Terroçu təşkilatın tərəfdarları ilə Türkiyə vətəndaşları arasında qarşıdurma ola bilər.
Mayın 16-da Türkiyə prezidentinin Vaşinqtona səfəri zamanı oxşar hadisə yaranıb. Nəticədə azı 9 nəfər xəsarət alıb.
Hakimiyyət orqanları buna bənzər hadisənin ABŞ prezidenti Donald Trump-ın gəlişi zamanı da yarana biləcəyindən ehtiyat edir.