Almaniya hökuməti “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı gücləndirməyə çağırır

Almaniya Bundestaqında hakim koalisiya “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə və eyni zamanda onların islahatlar aparmasına dair çağırış edib.
“Deutsche Welle”-nin məlumatına görə, deputatların qəbul etdiyi sənəddə bu mehriban qonşuluq konsepsiyasının Aİ-nin xarici siyasətinin ayrılmaz aləti olaraq qaldığı vurğulanıb.
“Şərq Tərəfdaşlığı” proqramı Aİ-nin 6 şərq qonşusu – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.
“Şərq tərəfdaşlığı”nın 5-ci sammiti noybarın 24-də Brüsseldə keçiriləcək.