Arif Məmmədov və Elnur Mirzəyevlə bağlı istintaq dayandırılıb

Keçmiş diplomat Arif Məmmədov və Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs Elnur Mirzəyev barəsində olan cinayət işi üzrə istintaq dayandırılıb.
Buna səbəb onların axtarışda olmalarıdır. Həmin şəxslər saxlanılaraq istintaq orqanına təhvil verildikdən sonra cinayət işi üzrə istintaq davam etdiriləcək.
Bir müddət əvvəl hər iki şəxs axtarışa verilib. 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə) maddəsi ilə axtarış elan edildiyi qeyd olunub.
Hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev isə Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilir.
O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
E.Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn “Mühacir işi”ndə hallanıb.
Mətbuatın yazdığına görə, E.Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib. Partiya isə E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.
MƏNBƏAPA
Əvvəlki məqaləİlham Əliyev bir qrup polis əməkdaşını təltif edib [siyahı]
Növbəti məqalədəMehman Hüseynov kassasiya şikayəti verib