AŞPA korrupsiya məlumatlarını müstəqil araşdırma orqanı yaradıb

Uzun müzakirələrdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosu Praqada toplaşaraq, AŞPA-da korrupsiya haqqında məlumatların tədqiq edilməsi üçün müstəqil xarici araşdırma orqanının üç üzvünü təyin edib.
Komissiyanın tərkibinə aşağıdakı şəxslər daxil olub:
– Nikolas Bratsa (Böyük Britaniya), Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş prezidenti;
– Jan-Lui Brugyer (Fransa), terrorizmlə bağlı işlər üzrə araşdırmalara görə cavabdeh olan keçmiş hakim;
– Elizabet Fura (İsveç), Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi və İsveçin keçmiş baş parlament ombudsmanı.
Bu qərar iyunun 26-da AŞPA-nın yay sessiyasında təsdiq edilməlidir.
Xatırladaq ki, AŞPA belə bir istintaq orqanının yaradılması qərarını aprelin 28-də, bəzi AŞPA üzvlərinə qarşı irəli sürülmüş korrupsiya iddialarının müstəqil araşdırılması məqsədilə qəbul edilib.
Xüsusən, söhbət İtaliya prokurorluğunun AŞPA-nın Azərbaycanda insan hüquqlarının pozulması haqqında qətnaməsinin qəbul edilməsinə mane olmaq məqsədilə Azərbaycanlı deputatlardan 2,9 mln. avro rüşvət almaqda ittiham etdiyi İtaliyalı deputat Luka Volontedən gedirdi.