Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Cənubi Koreyanın Miju şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. “Report”un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov bürünc medala sahib olub.
O, yarımfinalda iranlı Mirhaşem Hosseyniyə 5:6 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanın daha bir təmsilçisi Milad Beigi Harçeqani də yarımfinala yüksəlib. Finala gedən yolda onu rəqibi Moldova təmsilçisi Aaron Kuk olacaq.