Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Avstriyada görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə bilərlər.
Bu barədə RİA Novosti məlumat verib.
Bildirilir ki, həmsədrlər regiona son səfərləri zamanı görüşün həmin vaxt keçirilməsini təklif ediblər.