Azərbaycan yaxın 3 ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq

Hazırda Azərbaycanda gündəlik təqribən 120 min ton neft, 90 min kubmetr qaz hasil edilir.
Bunu bu gün Bakıda işə başlayan XXIV Beynəlxalq Xəzər neft-qaz konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, Azərbaycan “Şahdəniz” yatağında nəzərdə tutulandan daha çox qaz hasilatı həyata keçirib: “Abşeron” yatağında ilk qaz hasilatı 2020-2021-ci illərdə, “Azəri-Çıraq-Günəşli” yataqlarının dərin hissəsində isə 2026-cı ildə ilk qaz hasilatı nəzərdə tutulur”.
“Şahdəniz-2″ layihəsi çərçivəsində Azərbaycanda ildə 16 mlrd. kubmetr əlavə qaz hasil olunacaq. AÇG üzrə isə təxminən 12 mlrd. kubmetr səmt qazı çıxarılacaq. Bu artım nəticəsində 2020-ci ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 44,5 mlrd. kubmetrə çatacaq”, – deyə nazir qeyd edib.